Tələbələrə "Türkologiya" jurnalının üzvlük vəsiqəsi verilib Tələbələrə "Türkologiya" jurnalının üzvlük vəsiqəsi verilib

, baxılıb - 95 dəfə

Bakı Mühəndislik Universitetində Azərbaycan Milli Elmlər Akademiyası, universitetin Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə "Türkologiya" jurnalının təqdimatı keçirilib. Seminarda professor-müəllim heyəti iştirak edib. Tədbirin əhəmiyyəti və məqsədi tələbələrdə türkologiya elmi haqqında ətraflı məlumatın verilməsindən ibarət olub. Təqdimatda jurnalın şöbə müdiri Elçin İbrahimov jurnalın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

  Çıxış edən Professor Akif Hüseynli və Prof. Minəxanım Nuriyeva seminarın önəmi və bu kimi seminarların gələcəkdə də davamlı şəkildə keçirilməsini qeyd ediblər.

   Jurnalın təqdimatında iştirak edən  tələbələrə "Türkologiya" jurnalının üzvlük vəsiqəsi təqdim olunub. 

  Tədbirin sonunda Elçin İbrahimova BMU  tərəfindən "Təşəkkürnamə" təqdim olunub.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018