Tələbə Media Mərkəzi təlimlərə start verib

, baxılıb - 9 dəfə

Bakı Mühəndislik Universitetində tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi və tələbələrin sosial fəaliyyətlərini təmin etməq məqsədi ilə universitetdə tələbə dərnəkləri fəaliyyət göstərir. Məhz belə fəaliyyətlərdən biri də, Tələbə Media Mərkəzidir.
Bakı Mühəndislik Universitetində yaradılan Tələbə Media Mərkəzinin əsas məqsədi gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək vermək, media mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, universitetin müxtəlif fakültələrində təhsil alan tələbələr üçün Tələbə Media Mərkəzində layihələrin təqdim edilməsinə imkan yaratmaqdır. Eyni zamanda TMM¬-də universitetdə keçirilən tədbirlərin işıqlandırılması ilə yanaşı müxtəlif mövzularda verlişlərin, məqalə və yazıların hazırlanması işləri də həyata keçirilir.

İlk olaraq mərkəzin üzvü olan tələbələrə “Jurnalistika nədir” adlı təlim baş tutub. Təlimdə jurnalistika, jurnalistikanın qolları, TV, Radio və qəzet jurnalistikası haqqında məlumatlar verilib. Təlimdə iştirak edən aparıcı və müxbir olmaq istəyən tələbələr arasında sınaq çəkilişləri də həyata keçirilib.

Tələbə Media Mərkəzində Aparıcılıq, Müxbirlik, Montaj və operatorluq təlimlərin də keçirilməsi nəzərdə tututlub.
Sonda tələbələri maraqlandıran sullar cavablandırılıb.


Qeyd edək ki, Təlimlər universitetin Mətbuat xidmətində çalışan mütəxəssislər tərəfindən keçirilir.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2017