Təhsil Nazirliyi və ASAN Könüllüləri təşkilatının birgə reallaşdırdığı Tələbə Təqaüd Proqramı müsabiqəsi keçirilib Təhsil Nazirliyi və ASAN Könüllüləri təşkilatının birgə reallaşdırdığı Tələbə Təqaüd Proqramı müsabiqəsi keçirilib

, baxılıb - 636 dəfə

                         

    “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”  Dövlət Proqramına müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstək vermək məqsədilə  Azərbaycan Respublikasının Təhsil Nazirliyi və ASAN Könüllüləri təşkilatının birgə reallaşdırdığı Tələbə Təqaüd Proqramı müsabiqəsi keçirilib.Ötən ilin oktyabr ayından start verilən müsabiqəyə 58 müraciət daxil olub.

“Könüllü” Tələbə Təqaüd Proqramının büdcəsi, dosent Nadir Adilov tərəfindən yazılan, Azərbaycan Universiteti Elmi Şurasının rəyi ilə nəşr edilən “Gəncsən? Başla!” adlı gənclər üçün şəxsi inkişaf kitabının satışından əldə edilən vəsait hesabına və  müəllifin şəxsi təşəbbüsü ilə formalaşıb.Təqaüd fondunun ümumi miqdarı 3000 manat  təşkil edir. Müsabiqəyə daxil olan müraciətlər komissiya tərəfindən dəyərləndirilib, 2 tələbə könüllünün hər birinə 500 manat məbləğində birdəfəlik təqaüd verilməsi qərara alınıb. Həmçinin, könüllüllük fəaliyyətinin stimullaşdırılmasına dəstək məqsədi ilə 20 tələbə-könüllünün hər birinə 100 manat pul mükafatı ayrılmasına qərar verilib.

“Könüllü” Tələbə təqaüd proqramı müsabiqəsi başa çatıb və fevralın 8-də YARAT Müasir İncəsənət Məkanında keçirilən mərasimdə  təqaüdlər  tələbə könüllülərə təqdim olunub.

    Sevindirici haldır ki, müsabiqədə fərqlənmə təqaüdünü qazanan iki tələbədən biri BMU Maliyyə ( ingiliscə) ixtisasında təhsil alan İsa Ələsgərovdur. O, universitetdə tələbələrdən ibarət Nodex Tələbə Marketing klubunun sədri, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin Layihə Meneceri kimi ictimai işlərdə çalışmaqdadır. Marketing və İdarəetmə sahələrində özünü yetşdirməyə çalışan İsa həmçinin, 2017-ci il dekabr ayında baş  tutan “Gənc sahibkar axtarışında” adlı sahibkarlıq layihəsində komanda yoldaşı BMU Business Adminstration(1/5) ixtisasında təhsil alan Ayxan Abdullayev ilə “Develupper İnnovativ Təhsil Portalı” startapı ilə qalib olmublar. Hazırda, onlar Yiuth İnc Biznes İnkubasiya Mərkəzində rezidentlik hüququ əldə edərək startaplarını inkişaf etdirməkdədirlər.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018