BMU-da “Azərbaycan Milli Sənayesinin İnkişafı" adlı simpozium keçirilib BMU-da “Azərbaycan Milli Sənayesinin İnkişafı" adlı simpozium keçirilib

, baxılıb - 283 dəfə

  BMU-da Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi, "Nestle" və "Tess" çay markasının sponsorluğu, "ASAN xidmət" könüllülərinin birgə əməkdaşlığı və universitetin “Sənaye Mühəndisliyi Klubu"nun təşkilatçılığı ilə “Azərbaycan Milli Sənayesinin İnkişafı" adlı simpozium keçirilib. 2019-cu ilin ilk möhtəşəm tələbə layihəsi olan simpoziumda BMU tələbələri ilə yanaşı ölkəmizdə fəaliyyət göstərən digər ali təhsil müəssisələrində təhsil alan tələbələr də iştirak edib.

   BMU “Sənaye Mühəndisliyi Klubu"nun rəhbəri Hümbət Abdullazadə çıxış edərək rəhbərlik etdiyi klubun fəaliyətindən və təşkil olunan simpoziumun məqsədindən danışıb. Bildirib ki, simpoziumun təşkilində əsas məqsəd potensial iş sahələri və bu sahələrdə uğurlu fəaliyyət göstərmək üçün universitet illərindən qazanılmalı olan bacarıqlar haqqında tələbələrin məlumatlandırılması, iştirakçıların potensial iş yerləri olan şirkətlərlə görüşdürülməsi və onların bir hissəsinin təcrübə proqramlarında iştiraklarının təmin edilməsidir. 

   Simpoziumda BMU-nun baş müəllimi Sevil İmanova, layihələrin idarə edilməsi üzrə mütəxəssis Kamran Cəbrayılov, “ASAN xidmət”in nümayəndəsi Sahil Məmmədli sənaye mühəndisliyi ixtisasının mahiyyəti, sənaye mühəndisinin sənaye sektorunda rolu, əmək fəaliyyətlərində qarşılaşdıqları çətinliklər və qazandıqları uğurlar barədə tələbələr qarşısında çıxış ediblər.

   Qarşılıqlı müzakirə şəklində keçirilən simpoziumda tələbələrin sualları cavablandırılıb.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019