Sumqayıt Texnologiyalar Parkının nümayəndələri universitetimizin qonağı oldu Sumqayıt Texnologiyalar Parkının nümayəndələri universitetimizin qonağı oldu

, baxılıb - 86 dəfə

Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin təşkilatçılığı Sumqayıt Texnologiyalar Parkının Peşəkar İnkişaf Mərkəzinin direktoru Abbas Abbasov və Peşəkar İnkişaf Mərkəzinin direktor müavini Fərəc Əsədullayev universitetimizin qonağı oldu. Qonaqlarımız ilə Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin direktoru Təyyar Mustafayev, mütəxəssisləri Gülçöhrə İbrahimova və Vasif Fərəcov arasında əməkdaşlıq çərçivəsində görüş keçirildi. Görüş zamanı tələbə və məzunlarımızın şirkətdə təcrübə imkanları, tam və yarım-ştat iş imkanları, şirkət nümayəndələrinin universitetimizdə praktiki dərs keçmələri, universitet müəllimləri tərəfindən şirkət nümayəndələrinə istiqamətli təlimlərin keçirilməsi, şirkət gəzintilərinin təşkili və universitetimiz ilə şirkət arasında əlaqələrin inkişafı yolları müzakirə olundu. Daha sonra qonaqlarımız universitetimizin maddi – texniki bazası ilə tanış oldular və ən son texnologiyalar ilə təchiz olunmuş laboratoriyaların kadr hazırlığında xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladılar. Həmçnin şirkətlə əməkdaşlığın qorunub saxlanılması və gələcəkdə də inkişaf etdirilməsi məqsədiylə əməktaşlıq müqaviləsinin bağlanması barədə geniş fikir mübadiləsi aparıldı. 

Onu da qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı(STP) regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan STP Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadirdir.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2017