Sumqayıt Kimya Sənaye Parkı ilə rəsmi işgüzar görüş Sumqayıt Kimya Sənaye Parkı ilə rəsmi işgüzar görüş

, baxılıb - 162 dəfə

Müəssisələrlə Əlaqələr və Karyera departamenti əməkdaşlıq etdiyi şirkətlərin sayını artıraraq son kurs və məzunlarımız üçün iş imkanları sahəsini gündən-günə genişləndirməyə çalışır. Növbəti görüşümüz Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Fuad Pənahov, İnvestorlarla iş və biznesə dəstək departamentinin müdiri Elxan Şiriyev və baş mütəxəssisi Elmir Mehdiyevlə keçirildi.

Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılmışdır.

Sumqayıt Kimya Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılır.

Görüş əsnasında Sənaye Parkı ilə Universitetimiz arasında qarşılıqlı görüləcək işlərdən, son kurslar üçün nəzərdə tutulan istehsalat təcrübəsindən, dünya görüşlərini artırmaq məqsədi ilə ixtisaslarına uyğun olaraq Sumqayıt Kimya Sənaye Parkında günlük təcrübə xarakterli gəzintilərin təşkilindən danışıldı. Əməkdaşlıq müqaviləsinin bağlanması haqqında müzakirələr aparıldı. Şirkətlə əməkdaşlığın universitetimizə və tələbələrimizə faydalı ola bilməsi üçün zəruri tədbirlərin həyata keçirilirməsi planlaşdırılır.Görüşün təşkili üçün şirkətin rəhbərliyinə universitetimiz adından təşəkkürümüzü bildiririk.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018