Bakı Mühəndislik Universitetinin tələbələri Beynəlxalq proqramlaşdırma təlimlərində iştirak edir Bakı Mühəndislik Universitetinin tələbələri Beynəlxalq proqramlaşdırma təlimlərində iştirak edir

, baxılıb - 346 dəfə

     26 sentyabr-4 oktyabr tarixlərində Moscow Workshops ICPC, Moscow Institute of Physics and Technology, ITMO University, Harbour Space University, Codeforces birgə təşkilatçılığı ilə İspaniyanın Barselona şəhərində “Hello Barcelona in collaboration with Moscow Workshops ICPC 2018” beynəlxalq proqramlaşdırma təlimləri keçirilir.

    Təlimlər ACM-ICPC Beynəlxalq Proqramlaşdırma müsabiqələrinə hazırlıq məqsədi daşıyır və Rusiyanın bu sahədə dünya şöhrətli mütəxəssisləri tərəfindən verilir.

     Təlimlərdə 18 ölkədən (Azərbaycan, Belarus, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, İslandiya, Yaponiya, Lebanon, Litva, Meksika, Oman, Portuqaliya, Rusiya, İspaniya, İsveç, ABŞ) 35 komanda iştirak edir.

     Bakı Mühəndislik Universitetinin “Kompüter və İnformasiya Texnologiyaları” kafedrasının baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə BEU Programmers komandası (Rəşad Məmmədov, Ülvi Aslanlı, Eyyub Nəcəfzadə) təlimlərdə iştirak edir.

 BEU Programmers komandasının sponsorları: Edumedia, Azedunet, Enginet, NAPCAR

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018