BMU-nun  tələbəsi Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş müsabiqənin qalibi oldu BMU-nun tələbəsi Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş müsabiqənin qalibi oldu

, baxılıb - 265 dəfə

    Fevralın 7-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum gününə həsr olunmuş “Mübariz İbrahimov vətənpərvərlik nümunəsi” mövzusunda yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

    Müsabiqə Azərbaycan Dillər Universitetinin III kurs tələbəsi Şahin Sərdarlının təşəbbüsü ilə keçirilib. Tədbirdə  ADU-nun rektoru akademik Kamal Abdulla  vətənpərvərliyin təbliği istiqamətində keçirilmiş müsabiqəni yüksək qiymətləndirib. Rektor Vətən uğrunda canından keçən gənclərin qəhrəmanlıqlarından bəhs edib.

    Qeyd edək ki, Bakı Mühəndislik Universitetinin tələbəsi Nuranə Mirhüseynli həmin müsabiqədə 1-ci yerə layiq görülüb. O, müsabiqədə “Şəhid Mübariz İbrahimovun xatirəsinə”  adlı yazı ilə iştirak edib.

    Müsabiqədə müəllimlər, tələbələr o, cümlədən ölkəmizin 25-ə yaxın rayonunun təhsil müəssisələrindən olmaqla 300-ə yaxın şəxs iştirak edib.

     Tədbirin sonunda qaliblərə diplom və mükafatlar  təqdim olunub.

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019