BMU-da “İdeyadan Biznesə” layihəsinin  startap turu keçirilib BMU-da “İdeyadan Biznesə” layihəsinin startap turu keçirilib

, baxılıb - 500 dəfə

 

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və  “Microsoft” şirkəti ilə birgə həyata keçirdiyi  “İdeyadan Biznesə”layihəsininBakı Mühəndislik Universitetində  təqdimatı keçirilib.

    Universitetin  prorektoru, dos. Elçin Süleymanov “İdeyadan Biznesə” layihəsinin  startap turunun iştirakçılarını salamlayıb və universitetin rektoru, professor Havar Məmmədovun  layihəyə uğurlar arzuladığını diqqətə çatdırıb. Layihənin gənclərdə düşünmə və komanda halında işləmək bacarığı formalaşdırması baxımından da əhəmiyyətli olduğunu bildirib. Dos. Elçin Süleymanov bu sahədə Qərb təcrübəsindən, ABŞ universitetlərinin texnoparklarında həyata keçirilən layihələrin qiymətləndirilməsi metodlarından danışıb. Qeyd edib ki, BMU Texnoparkının da həyta keçirdiyi “Yeni Fikir” layihəsinin iştirakçıları artıq öz ideyalarını biznesə çevirmişlər.

    BMU Texnoparkının müdir müavini, dos. İsa Qasımov çıxışında startapın innovasiyaya əsaslandığını bildirib. Qeyd edib ki, gənclərin, xüsusən tələbələrin həyat tərzi onlara düşünməyə və yeni yollar axtarmağa imkan verir. Bu zaman kreativ fikirlər meydana çıxır. Amma bu ideyaların hamısı biznesə çevirilmir. Çünki onlar bu ideyalar üzərində araşdırma aparmırlar. İdeyanın biznesə çevrilməsi üçün isə həmin sahəni araşdırmaq çox önəmlidir.

    İKT fondunun nümayəndəsi Əkbər Abbasov layihənin önəmindən, komandaların düzgün formalaşdırılmasından və indiyədək keçirilən startap turları barədə tədbir iştirakçılarına məlumat verib. Qeyd edib ki, layihədə iştirak etmək gənclərin gələcək həyatlarına müsbət təsir edəcək. Çünki Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü “Bakutel” Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.

       Çıxışlardan sonra  10 startap təqdim olunub və komandalar formalaşdırılıb. Onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər.  Çıxışdan sonra sual-cavab və layihənin müzakirəsi keçirilib və münsiflər tərəfindən universitet üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirilib. Beləliklə “İdeyadan Biznesə” layihəsinin  startap turunun Bakı Mühəndislik Universiteti üzrə I yer “Go Next” ,II yer  “ Febellex ”, III yerəisə “Fin. Portal”  startaplarılayiqgörülüblər.

    Qeyd edək ki,qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanır.

 

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018