Sosiallığı ilə məhşurlaşan kənd müəllimi - Həbib Əlizadə Sosiallığı ilə məhşurlaşan kənd müəllimi - Həbib Əlizadə

, baxılıb - 485 dəfə

 

   Həbib Əlizadə 22 yanvar 1991-ci ildə Astara rayonu Şüvi kəndində anadan olub. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin tarix fakültəsini bitirən Həbib 2015-ci ildə imtahanla Lənkəran rayonun ucqar kəndlərindən birində  Gəgiran kənd orta məktəbində müəllimlik fəaliyyətinə başlayıb. İmtahanda 51 bal toplayaraq şəhər məktəbi seçə biləcəyi halda O, ucqar kənd məktəbini seçib.

    Az müddətdə dərsini kurikulumun tələblərinə uyğun tədris edərək  şagirdlərinin sevimlisinə çevrilməyi bacarıb. Onun şagirdləri ilə təşkil etdiyi sosial fəaliyyətləri  sosial şəbəkələrdə  paylaşması ölkə ictimaiyyətində özü ilə yanaşı müəllim peşəsinə də olan sevgini artırıb. Bu gün bir çox pedoqoji ixtisaslarda təhsil alan tələbələr həvəslə universiteti bitirib onun kimi kənd məktəbində müəllimlik edəcəyi günü səbirsizliklə gözləyir. Bu fikrimizi bu gün Bakı Mühəndislik Universitetində “Gələcəyin müəllimi” dərnəyinin təşkilatçılığı ilə Həbib Əlizadə ilə keçirilən görüşdə səsləndirilən düşünülmüş çıxışlarla təsdiqləyə bilərik. Orta məktəbdəki tətildən istifadə edərək tələbələrin dəvətini qəbul edib Lənkərandan gələn Həbib müəllim valideynlərin və müəllimlərin şagirdə olan münasibətindən  danışıb. Fikirlərində qeyd edib ki, şagirdə münasibətdə cəza və təltif etmə üsullarından istifadə etməmək, əvəzində isə onlara məsuliyyət duyğusunu aşılamaq lazımdır. Dərsin tədrisi üçün yaş qruplarına uyğun metodlardan istifadə etdiyini deyən müəllim aşağı sinif şagirdlərinə dərsi mənimsətmək üçün əyləncədən istifadənin effektini gördüyünü vurğulayıb.

     Həbib Əlizadə çıxışından sonra universitetin müəllim və  tələbələrinin suallarını cavablandırıb. Sonda xatirə şəkilləri çəkilib.

 

 

BMU Mətbuat xidməti

Ceyhun Vəliyev

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020