Schlumberger şirkəti Bakı Mühəndislik Universitetində “Yay Məktəbi”nə qəbul imtahanı keçirdi Schlumberger şirkəti Bakı Mühəndislik Universitetində “Yay Məktəbi”nə qəbul imtahanı keçirdi

, baxılıb - 265 dəfə

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin təşkilatçılığı ilə dünyanın 85 ölkəsində fəaliyyət göstərən və 120 min işçisi olan Schlumberger şirkətinin Xəzər Sahəsi üzrə İşə Qəbul və Universitetlərlə Əlaqələr üzrə meneceri Gafur Assylkanov Mexanika və Kimya Mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri ilə görüş keçirdi. Görüş əsnasında ilk öncə Schlumberger şirkətinin yaranmasından və fəaliyyətindən bəhs edildi. Daha sonra şirkətin yay tətilində tələbələrə yönəlik keçirəcəyi “Yay Məktəbi” haqqında  məlumat verilərək seçimin birinci mərhələsi universitetimizdə aparıldı. İmtahandan muvəffəqiyyətlə keçmiş tələbələr İyun ayında şirkətdə müsahibəyə dəvət ediləcək.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017