Schlumberger şirkəti BMU-da “Yay Məktəbi”-nə qəbul imtahanı keçirdi Schlumberger şirkəti BMU-da “Yay Məktəbi”-nə qəbul imtahanı keçirdi

, baxılıb - 276 dəfə

Dünyanın 85 ölkəsində fəaliyyət göstərən və 100 mindən artıq işçisi olan Schlumberger şirkətinin Xəzər Sahəsi üzrə İşə Qəbul və Universitetlərlə Əlaqələr üzrə meneceri Gafur Assylkanov Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin təşkilatçılığı ilə Mexanika və Kimya Mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri ilə görüş keçirdi. Görüş əsnasında ilk öncə Schlumberger şirkətinin yaranmasından və fəaliyyətindən bəhs edildi. Daha sonra şirkətin yay tətilində tələbələrə yönəlik keçirəcəyi “Yay Məktəbi” haqqında  məlumat verilərək seçimin birinci mərhələsi universitetimizdə aparıldı. İmtahandan muvəffəqiyyətlə keçmiş tələbələr İyun ayında şirkətdə müsahibəyə dəvət ediləcək. Müsahibə mərhələsini müvəffəqiyətlə keçən tələbələr “Yay Məktəbi”-ində iştirak hüququ qazanacaqlar.

Qeyd edək ki, “Yay Məktəbi”-inə seçilən tələbələrin təhsillərini bitirdikdən sonra Schlumberger şirkətində işləmə imkanı yaranacaq.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018