Sakarya Universiteti Mövlanə Mübadilə Proqramının nəticələri Sakarya Universiteti Mövlanə Mübadilə Proqramının nəticələri

, baxılıb - 133 dəfə

2018-2019 Mövlanə Mübadilə Proqramına müraciət nəticələri açıqlanıb. Qeyd edək ki, Bakı Mühəndislik Universiteti qısa bir zamanda qurulmasına baxmayaraq artıq Türkiyənin 4 Ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir. Mövlanə Mübadilə Proqramı Türkiyə daxilində təhsil verən ali təhsil müəssisələri ilə ölkə xaricində təhsil verən ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsini həyata keçirmək məqsədi daşıyır. 2011-ci il 23 avqust tarixindən fəaliyyət göstərən bu proqram partnyor universitetlərdən olan tələbə və müəllimlərinin qarşılıqlı olaraq bu mübadilədən yararlanmalarına imkan yaradır. Qeyd edək ki, Bakı Mühəndislik Universitetinin 4 tələbəsi Mövlanə Mübadilə Proqramı vasitəsilə  Sakarya Universitetinə müraciət etmişdir və 4 tələbə də proqramın qalibi olmuşdur. Nəticələrə əsasən  Dövlət və Bələdiyyə İdarəetməsi kafedrasının 2 – Kənan Məmmədov və Vəfa İbrahimova, İqtisadiyyat kafedrasının 2 – Nigar Qulamova və Fərhad Alquliyev, ümumilikdə isə 4 – Fərhad və Vəfa təqaüdlü və Nigar və Kənan təqaüdsüz olaraq Sakarya Universitetində mübadilə imkanlarından yararlanma hüququ əldə etmişlər və seçəcəkləri 1 və ya 2 smestrlik təhsilllərini bu universitetdə davam etdirəcəklər.

Universitetin Maliyyə kafedrasının baş müəllimi Elvin Əlirzayev isə bu proqram daxilində  Sakarya Universitetində 14 günlük iştirak hüququ qazanmışdır.

Qəbul olmuş müəllim və tələbələrə universitetimizin Xarici Əlaqələr və Lahiyələrin İdarəedilməsi şöbəsinin adından mübadilə müddətində müvəffəqiyyətlər arzu edirik!

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018