STP-dən tələbələrimizə təcrübi dəstək STP-dən tələbələrimizə təcrübi dəstək

, baxılıb - 273 dəfə

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə əlaqələr və karyera deprtamentinin təşkilatçılığı ilə Sənaye Mühəndisliyi 3-cü kurs tələbələri sumqayıt  texnologiyalar parkında gəzintidə oldular.

Tələbələrimiz Sumqayıt Texnologiyalar Parkının gülərüz personalı qarşıladı və zavoda gəzintidə olarkən təhlukəsizlik qaydaları haqqında  məlumat verdilər. Ardından tələbələrimiz Kabel Zavodunda istehsal olunan məhsullarla  yaxından tanış oldular. Kabel Zavodunun əməkdaşı Yusif Əhmədov  istehsalla bağlı tələbələrə ətraflı məlumat verdi və bildirdi ki, “Müəssisəmizdə Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb. İndiyə qədər 10, 35, 110, 220 kV-lıq kabellərin istehsalını həyata keçirmişdik. Ancaq bu gün Kabel Zavodu tarixi bir işə imza atıb. Azərbaycanın sənaye tarixində ilk dəfə olaraq 500 kV-lıq ifrat yüksək gərginlikli kabel istehsal edilib”

Daha sonra  tələbələrimiz Sumqayıt Texnologiyalar Parkının Dəqiq Emal  zavodunda oldular. Zavodun fəaliyyəti və iş prosesi haqqında zavodun əməkdaşı Nurəddin Nuriyev ətraflı məlumat verdi və tələbələrdə yaranmış suallara prakit və yerindəcə ətraflı şəkildə izahat verdi.

Tələbə heyəti üçün olduqca maraqlı olan bu təcrübi-tanışlıq gəzintisinin təşkili üçün Sumqayıt Texnologiyalar Parkının rəhbərliyinə və kollektivinə universitetimiz adından təşəkkür edirik.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018