SOCAR-ın daxili təqaüd proqramına sənəd qəbulu başlayır SOCAR-ın daxili təqaüd proqramına sənəd qəbulu başlayır

, baxılıb - 555 dəfə

 

  Bakı Mühəndislik Universitetində  universitetin  Müəssisələrlə Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə SOCAR-ın gənclərlə bağlı daxili təqaüd proqramı haqqında seminar təşkil olunub.

   Müəssisələrlə Əlaqələr və Karyera departamentinin direktoru dos. Təyyar Mustafayev ölkəmizdə dövlət və özəl qurumların tələbələrə yönəlik fəaliyyətləri barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu cür proqramlarda tələbələrin iştirakı onların gələcək karyeralarında müsbət rol yanayacaq.

   Tələbələrə proqramlara müraciət etmə şərtləri və forması ilə əlaqəli seminar verən SOCAR-ın insan resursları departamentinin əməkdaşı Vasif Cəfərov  bildirib ki, proqram təmsil etdiyi qurum tərəfindən 2004-cü ildən keçirilir. O, qeyd edib ki, SOCAR-ın proqramlarında qalib olan tələbələr gələcəkdə bu şirkətdə işə qəbul, növbəsiz evlə təmin olunma kimi imtiyazlarda əldə edirlər.

     Qeyd edək ki, 2017-ci ildə Bakı Mühəndislik Universitetindən bu proqrama 212 müraciət daxil olub və 14 nəfər təqaüdə layiq görülüb. Bunlardan da 7 nəfəri Kimya mühəndisliyi qalan 7 nəfər isə digər ixtisaslar üzrə təhsil alan tələbələrdir.

Sonda SOCAR-ın nümayəndəsi  auditoriyanın suallarını cavablandırıb.

http://new.socar.az/khs/upload/sayt%20uchun/sayt%20v4.0/telim%20ve%20inkisaf/TP/index.html

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018