SABAH qruplarına informasiya texnologiyaları mühəndisliyi üzrə tələbə qəbulu elan olunub SABAH qruplarına informasiya texnologiyaları mühəndisliyi üzrə tələbə qəbulu elan olunub

, baxılıb - 87 dəfə

SABAH qrupları 2017/2018-ci tədris ilindən etibarən Bakı Mühəndislik Universitetində 050632-İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının İngilis bölməsi üzrə tələbə qəbulu müsabiqəsini elan edib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, müsabiqədə nazirliyin tabeliyində olan ali təhsil müəssisələrindən müvafiq ixtisas üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin hər iki semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Tələbələr üçün müəyyən olunmuş son qeydiyyat tarixi sentyabrın 11-dir.

 
Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2017