Rumıniya universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb Rumıniya universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb

, baxılıb - 31 dəfə

Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Azər Imanquliyev Rumıniyada işgüzar səfərdə olublar. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, səfər Buxarest Politexnik Universitetinin rektoru Mihnea Costoiu-nun dəvəti ilə həyata keçirilib. Səfərdə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində müəllim tələbə mübadiləsi birgə layihəĺərin icrası, elmi konfransların təşkili, ikili diplomların təsis edilməsi , müştərək magistr və doktorantura hazırlığı kimi fəaliyyətlər nəzərdə tutulur.
Müqavilədə BPU ilə birgə sahibkaryönümlü universitet modeli mövzusunda beynəlxalq konfrans keçirilməsi də əksini tapır. Səfər zamanı nümayəmdə heyyəti BPU elmi tədqiqat və tədris laboratoriyaları ilə tanış olublar.

Daha sonra boloniya prosesinə uyğun tədris prosesinin təşkili universitetdə aparılan işlərlə maraqlanılıb və fakultələrdə birgə fikir mübadiləsi aparılıb. Bu səfərin mahiyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəvəti ilə ölkəmizdə geniş tərkibdə olan Rumıniya nümayəndə heyyəti arasında razılaşdırılmış əməkdaşlığın tərkib hissəsidir. 
Səfər zamanı BMU nümayəndə heyyəti Heydər Əliyev parkını ziyarət edib, ulu öndərin büstü önünə əklil qoyub.

http://olaylar.az/news/sosial/258710

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018