Riyaziyyat kafedrasının əməkdaşları COİA – 2018 Beynəlxalq konfransında  iştirak ediblər Riyaziyyat kafedrasının əməkdaşları COİA – 2018 Beynəlxalq konfransında iştirak ediblər

, baxılıb - 352 dəfə

 

    11 – 13 İyul tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin
(NRYTN) dəstəyi və Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutunun təşkilatçılığı
ilə Bakıda Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 6-cı Beynəlxalq Konfransı (COIA-
2018) keçirilib. Bu nüfuzlu beynəlxalq konfrans Bakıda 3 – cü dəfədir ki, keçirilir. Konfrans
Azərbaycandan və dünyanın bir çox ölkələrindən olan akademik , alim və gənc tədqiqatçıların
son elmi nəticələrini bölüşdüyü və müzakirə etdiyi platformadır. 250 – yə yaxın alim və
tədqiqatçıların iştirak etdiyi konfransda Azərbaycan, İran, Türkiyə, Rusiya, Ukrayna, Şimali Kipr
Türkiyə Cumhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Bolqarıstan, Pakistan, Hindistan, Yunanıstan,
Fransa, Serbiya, Meksika, Braziliya kimi ölkələrdən görkəmli alimlər iştirak edirdilər.
Konfransı giriş sözü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Ramin
Quluzadə açdı. Konfransın təşkilatçısı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov
salamladı. Daha sonra Meksikalı alim Oscar Castillo öz elmi işi ilə çıxış etdi. Kibernetika
İnstitunun direktoru Prof. Telman Əliyev öz tədqiqat işi ilə iştirakçıları tanış etdi. İspaniyalı alim
Enrique Zuazuanı da iştirakçılar maraqla dinlədilər. Daha sonra konfrans Bakı Dövlət
Universitetində yaradılmış ayrı – ayrı seksiyalarda davam etdi. Bakı Mühəndislik
Universitetindən konfransda Riyaziyyat kafedrasının əməkdaşları, kafedranın müdiri Dos. Rakib
Əfəndiyev və kafedranın assistenti Süheyla Bəhlulzadə iştirak edirdilər. Dos. Rakib Əfəndiyev
“Lasso qraflarında Hill operatoru üçün tərs spektral məsələ” mövzusunda çıxış etdi. Assistent
Süheyla Bəhlulzadə də “ Sağ tərəfi kəsilən sanki hər yerdə periodik əmsallı Şturm – Liuvill
tənliyinin spektral analizi” mövzusunda çıxış etdi, digər iştirakçıların məruzələri dinlənildi, fikir
mübadiləsi aparıldı.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020