Respublika fənn olimpiadalarının yarımfinal turu Respublika fənn olimpiadalarının yarımfinal turu

, baxılıb - 141 dəfə

 

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib Bakı şəhərində 4, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Şəki şəhərləri, İsmayıllı, Şəmkir, Ağdaş və Quba rayonlarının hər biri üzrə 1 mərkəzdə keçirilib.

Olimpiadaların Respublika mərhələsinin yarımfinal turunda IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə biliklərini sınayıblar. İnformatika fənni üzrə olimpiada isə aprelin 8-də Bakı Mühəndislik Universitetində təşkil olunub.

Bundan əlavə, bilik yarışında xüsusi istedadı və yüksək hazırlığı ilə seçilən VII, VIII sinif şagirdləri də IX siniflərlə bərabər öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə keçirilir.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

http://www.xalqqazeti.com/az/news/education/101352

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018