Rektor xanım müəllimləri təltif edib Rektor xanım müəllimləri təltif edib

, baxılıb - 101 dəfə

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bakı Mühəndislik Universitetində bayram tədbiri keçirilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, tədbirdə universitetin rektoru, professor Havar Məmmədov və universitetin müəllim tələbə heyəti iştirak edib. Universitetin rektoru, professor Havar Məmmədov çıxışında bildirib ki, bəşəriyyətin ən istedadlı, zəngin mədəniyyətə malik xalqlarından olan Azərbaycan xalqı şanlı mübarizə yolu keçərək, bu gün dünyada misilsiz nailiyyətləri ilə tanınır, gündən-günə nüfuzu artır. Nailiyyətlərin əldə edilməsində Azərbaycanqadınının böyük rolu var.

Rektor, 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə hər zaman universitetin ictimai-siyasi həyatında yaxından iştirak edən bütün qadınları təbrik edib, onlara xoşbəxtlik və səadət, firəvan həyat, uzun ömür, can sağlığı arzulayıb. Tədbirdə universitet rəhbərliyi tərəfindən fəal qadın əməkdaşların və tələbələrin bir qrupuna fəxri fərmanlar, qiymətli hədiyyələr və təravətli gül-çiçəklər təqdim olunub. Tədbir universitetin mədəniyyət şöbəsinin təşkilatçılığı ilə universitetin əməkdaşlarının və tələbələrinin ifasında rəngarəng konsert proqramı ilə davam edib.

http://olaylar.az/news/sosial/264594

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018