Rektor  tələbələrlə stolüstü tennis oynayıb, selfi çəkdirib Rektor tələbələrlə stolüstü tennis oynayıb, selfi çəkdirib

, baxılıb - 201 dəfə

       Bakı Mühəndislik Universditetinin tələbələri “Bir gün sizin üçün” adlı sosial tədbir keçiriblər. Üç hissədən ibarət olan tədbirdə universitetin rektoru, professor Havar Məmmədov, prorektorlar , fakültə dekanları , müəllimlər və tələbələr iştirak ediblər. Foyedə təşkil olunmuş tədbirdə sərgi və çay süfrəsi ilə yanaşı, idman qurğuları və musiqi alətləri tələbələrin ixtiyarına verilib. Rektor tələbələrlə stolüstü tennis oynayıb. İlk hissədə tələbələr tərəfindən xeyriyyə məqsədi ilə təşkil olunmuş sərgi keçirilib. Tələbələrin əl işlərindən, rəsm əsərlərindən və müxtəlif suvenirlərdən təşkil olunmuş sərgidə kitablar da yer alıb. Rektor tələbələrin təşəbbüsünü yüksək qiymətləndirib və xeyriyyə sərgisindən bir neçə rəsm əsəri alıb. Səmimi şəraitdə keçən tədbirin ikinci hissəsi çay süfrəsi ətrafında tələbələrin rektorla söhbəti ilə davam edib. Tələbələrlə rektor arasında müxtəlif məzmunlu suallar ətrafında fikir mübadiləsi aparıb. Səmimi söhbət zamanı tələbələr rektora onlar üçün yaradılan şəraitə görə təşəkkür ediblər və bir neçə məsələnin də həll olunmasını xahiş ediblər. Qaldırılan məsələlərin həlli ilə bağlı rektor elə yerindəcə göstəriş verib. Sonra tələbələr rektorla xatirə fotoları və selfilər çəkdiriblər. Universitetin əməkdaşlarından və tələbələrindən ibarət bədii özfəaliyyət dərnəklərinin ifasında rəqs, səhnəcik və musiqilərlə tədbirin üçüncü hissəsi davam edib.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017