Rektor tələbələrlə görüşüb Rektor tələbələrlə görüşüb

, baxılıb - 272 dəfə

 

   Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov respublika və beynəlxalq səviyyəli intelektual oyunlarda universiteti təmsil edən tələbələrlə görüşüb. Görüşdə prorektorlar və dekanlar da iştirak edib.

    Rektor  gənclərin cəmiyyətdəki rolundan danışıb. Qeyd edib ki, ölkəmizdə gənclər üçün bütün şərit yaradılıb. Bir sözlə gənclər Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə tam əhatə olunub.

  BMU –da təhsil alan siz gənclər də uğurlarınızla daim bizi sevindirirsiniz. Demək olar ki, bütün intelektual yarışlarda universiteti təmsil edirsiniz. Sizin yarışlarda iştirakınız universitetdə olan mühitin və tədrisin yüksək səviyyəsinin göstəricisidir. Eyni zamanda sizin intelektual səviyyənizin yüksəlməsinə xidmət edir. 8 tələbəmiz “DAD” proqramı ilə yay məktəbinə təqaüd qazanıb. Magistraturaya qəbul imtahanında iki tələbəmiz 138 və 136 balla birinci və ikinci yeri tutublar. Bütün bunlar abituriyentlərdə BMU –nə olan marağı artırır.

    Universitetin ictimai və sosial həyatındakı səmərəli fəaliyyətinə, ölkə və beynəlxalq əhəmiyyətli yarışlarda uğurlu iştirakına görə bir qrup tələbəni fəxri fərmanla təltif edən rektor onlara gələcək həyatlarında uğurlar arzulayıb.

    Tələbələr də rektora onlara göstərdiyi diqqətə görə təşəkkür ediblər və bildiriblər ki, bu kimi görüşlər onların gələcək uğurları üçün motivasiya olur.

   Sonda universitetin rəhbər şəxsləri ilə tələbələr xatirə şəkli çəkdirib.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018