Rektor tələbələrlə görüşüb Rektor tələbələrlə görüşüb

, baxılıb - 375 dəfə

 

 Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov universitetdə  fəaliyyət göstərən “Tələbə teatrı” studyası, qız və oğlan rəqs, musiqi və bədii özfəaliyyət  kollektivlərinin üzvləri ilə   görüşüb. Onların istər universitet daxilində istərsədə universitetdən kənarda olan fəaliyyətlərindən razılığını bildirən rektor qeyd edib ki, siz universitetimizi dövlət tədbirlərində və festivallarda layiqli təmsil edirsiniz. Bu kollektivlərdə fəaliyyət göstərən tələbələrin ən üstün tərəflərindən biri odur ki, onların  sosial fəaliyyətlə yanaşı dərslərini də yüksək qiymətlə oxuyurlar. Rektor klubların fəaliyyətinin daha da yaxşı olması üçün müvafiq tapşırıqlar verib.

   Tədbirdə həmin kollektivlərin  son bir ildəki uğurları qeyd olunub və tələbələr və onların müəllimləri universitet tərəfindən fəxri fərmanla təltif olunublar.

   Sonda universitetin mədəniyyət şöbəsinin müdiri Zəminə Axundova  və tələbələr diqqətə görə rektor Havar Məmmədova minnətdarlıqlarını bildiriblər.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020