Rektor qedyiyyata gələn tələbələri təbrik edib Rektor qedyiyyata gələn tələbələri təbrik edib

, baxılıb - 345 dəfə

     Bakı Mühəndislik Universiteti daxilində yaradılmış yüksək təhsil mühiti ilə yanaşı ictimaiyyətlə əlaqələrin inkişafına da xüsusi diqqət yetirir.Tədris ili ərzində ictimaiyyətə mətbuat və sosial şəbəkələr vasitəsi ilə universitet haqqında ətraflı məlumat verilir.  Təhsil müəssisələri və hazırlıq kursları ilə birgə layihələr həyata keçirilir, abituriyentlərin və onların valideynlərinin universitetə  ekskursiyaları təşkil olunur. Universitet rəhbərliyinin bu sahəyə olan diqqəti sayəsində cari tədris ili ərzində universitetə yüzlərlə abituriyent eksursiyaya gəlmişdir.

   Bu uğurlu fəaliyyətin nəticəsi olaraq 2018-2019-cu tədris ilində 1185 plan yeri üzrə I turda 1133 nəfər BMU-nun ixtisaslarını seçib. 16 avqustdan etibarən universitetə qəbul olunan tələbələrin qeydiyyatı aparılır. Universiytetin rəsmi saytından və sosial şəbəkə səhifələrindən qeydiyyat zamanı lazım olan sənədlər barədə məlumat verilir  və oların sualları cavablandırılır.

   Universitetin rektoru professor Havar Məmmədov qeydiyyat başlayandan hər gün mütəmadi olaraq qeydiyyata gələn tələbələr və onların valideynləri ilə görüşür. Tələbə adını qazananları təbrik edən rektor E-universitet, tədrisin və sosial həyatın təşkili barədə onlara məlumat verir, onların suallarını cavablandırır. Valideynlərdə yaradılmış şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildirir.

   Qeydiyyata gələn tələbələrin və onların valideynlərinin rahatlığı üçün universitetdə hər cür şərait yaradılıb. Tələbələr qedyiyyatdan keçən müddətdə valideynlər universitetin kampusu ilə tanış olur və suallarına cavab alırlar. Onu da qeyd edək ki, universitet şəhərciyində fəaliyyət göstərən müasir tələbə yataqxanalarına da maraq böyükdür.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018