Rektor idmançı tələbəni mükafatlandırıb Rektor idmançı tələbəni mükafatlandırıb

, baxılıb - 439 dəfə

        Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisasında təhsil alan İlkin Bəhramov Kikboksinq İdman növü üzrə son bir ildə  8 dəfə Respublika, 2 dəfə beynəlxalq səviyyəli yarışların qalibi olub. O, eyni zamanda Dünya və Avrasiya çempionatlarının qalibi olmaqla yanaşı həmin çempionatların kəmərinə də sahib çıxıb.

  Universitetin rektoru, professor Havar Məmmədov nailiyyətləri münasibəti ilə İlkin Bəhramovu  və onun valideynini qəbul edib. Möhtərəm prezidentimiz İlham Əliyevin gənclərə və idmana olan diqqət qayğısından, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasından danışıb. Rektor qeyd edib ki, Bakı Mühəndislik Universitetində tələbələrin yüksək səviyyədə təhsil almaları ilə yanaşı onların idman, incəsənət və sosial fəaliyyətlərlə də məşğuliyyəti üçün hər cür şərait yaradılıb. Tələbələrimizin uğurları bizi sevindirir.  

   İlkin Bəhramovun valideyni Ülvi Bəhramov  universitetdə yüksək səviyyəli təhsil mühitinə  və övladının beynəlxalq yarışlarda iştirakına şərait yaradılmasına görə professor Havar Məmmədova təşəkkür edib.

    Sonda rektor Havar Məmmədov İlkin Bəhramova uğurları münasibətilə universitetin fəxri fərmanını və mükafatını təqdim edib.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018