Rektor  Havar Məmmədov Respublika və Beynəlxalq Proqramlaşdırma müsabiqələrində yüksək nəticələr əldə etmiş tələbələrlə görüşdü Rektor Havar Məmmədov Respublika və Beynəlxalq Proqramlaşdırma müsabiqələrində yüksək nəticələr əldə etmiş tələbələrlə görüşdü

, baxılıb - 167 dəfə

21 dekabr 2017-ci il tarixində Bakı Mühəndislik Universitetinin rektoru prof. Havar Məmmədov Respublika və Beynəlxalq Proqramlaşdırma müsabiqələrində yüksək nəticələr əldə etmiş tələbələri, tələbələrin müsabiqələrə hazırlanması və Respublika müsabiqələrinin yüksək səviyyədə təşkilində əməyi keçən “Kompüter və İnformasiya Texnologiyaları” kafedrasının əməkdaşları ilə görüş keçirib.

Görüşdə “Kompüter və İnformasiya Texnologiyaları” kafedrasının müdiri dos. Babək Abbasov universitetdə proqramalşdırma müsabiqələrinin təşkili və keçirilməsində kafedra əməkdaşlarının fəaliyyəti haqqında məlumat verib. Kafedranın Baş müəllimi Etibar Seyidzadə 2017-ci ildə tələbələrin Respublika və Beynəlxalq proqramlaşdırma müsabiqələrinə hazırlanması və əldə etdikləri nailiyyətlər haqqında hesabat xarakterli məlumat verib.

Prof. Havar Məmmədov tələbələri və kafedra əməkdaşlarını təbrik edərək görülən işləri və əldə olunmuş nailiyyyətləri yüksək dəyərləndirib, bu cür müsabiqələrin əhəmiyyətini vurğulayaraq tövsiyyələr verib və tələbələrə gələcək müvəffəqiyyətlər arzulayıb.

Görüşün sonunda prof. Havar Məmmədov 4 noyabr 2017-ci il tarixində Bakı Mühəndislik Universitetində keçirilmiş “42-ci ACM ICPC Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin 1/4 final mərhələsində (XIII Azərbaycan Çempionluğu) və 1-6 dekabr 2017-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində Avropa Universitetində keçirilmiş “42-ci ACM ICPC 2017-2018 NEERC Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi və “Cənubi Qafqaz Açıq Çempionatı”nda yüksək nəticələr göstərmiş tələbələr Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov, Məmməd Hacılı, Tağı Əşrəfov, Asiman Ağayev, Aydın Abbasov, Sultan Murtuzaliyev, Ceyhun Yaqublu, Müzəffər Məmmədli, Kamil Əliyev, Fazil Əmirli və “Kompüter və İnformasiya Texnologiyaları” kafedrasının əməkdaşları dos. Babək Abbasov, baş müəllim Etibar Seyidzadə, baş müəllim Əli Həsənov, Rauf Süleymanlı, Kamil Əhmədovu universitetin Fəxri Fərmanları ilə təltif edib.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018