Qaliblər mükafatlandırılıb Qaliblər mükafatlandırılıb

, baxılıb - 75 dəfə

 

 1999-cu ildən başlayaraq dünyanın bir çox ölkələrində keçirilən və nüfuza sahib olan “CanSat” müsabiqəsi 2018-ci ildən etibarən Azərbaycanda da təşkil olunmağa başlayıb. “CanSat Azərbaycan” adlandırılan  bu müsabiqədə ali təhsil müəssisələrinin tələbələrindən ibarət komandalar iştirak edir.  İlk mərhələdə Bakı Mühəndislik Universitetindən 6 komanda bu müsabiqədə  iştirak edib, lakin final mərhələsinə “RODİMUS” və "BeuNg"  komandaları vəsiqə qazanıb.

"CanSat Azərbaycan 2018" model peyk müsabiqəsinin qaliblərinin elan edilməsi və mükafatlandırılması məqsədi ilə Milli Aviasiya Akademiyasında tədbir  keçirilib.  BMU-nun rektoru, professor Havar Məmmədov tədbirdə iştirak edib.

  Bakı Mühəndislik Universitetinin  “RODİMUS” komandası müsabiqədə  3-cü yerə , "BeuNg"  komandası isə  "Ən innovativ yanaşma" edən komanda adına layiq görülüb.

      Mükafata layiq görülən komanda üzvləri və onların rəhbəri olan müəllimləri universitetin rektoru professor Havar Məmmədov qəbul edib və uğurları münasibətilə təbrik edib. Rektor qeyd edibki, tədbirdə iştirak edən alimlər də layihə haqqında dəyərli fikirlər söyləyiblər. Siz qısa zamanda bu müsabiqəyə yüksək səviyyədə hazırlaşmışdınız. Universitet rəhbərliyi olaraq tələbələrimizin ideyalarının layihələrə çevrilməsi üçün lazımi köməklik edirik və onların uğurlarına sevinirik.

     Qalib tələbələrdə universitet rəhbərliyinə onlara göstərdiyi diqqət və köməkliyə görə minnətdarlıqlarını bildiriblər.

      Görüşün sonunda rektor, professor  Havar Məmmədov qalibləri fəxri fərman  və pul mükafatı ilə təltif edib, xatirə şəkli çəkdirib.

 

 

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018