Polşanın Elm və Texnologiya Universitetinin əməkdaşları Bakı Mühəndislik Universitetində qonağı oldular Polşanın Elm və Texnologiya Universitetinin əməkdaşları Bakı Mühəndislik Universitetində qonağı oldular

, baxılıb - 245 dəfə

Ötən həftə Bakı Mühəndislik Universiteti Xarici əlaqələr üzrə prorektorluğun təşkilatçılığı ilə Polşanın Elm və Texnologiya Universitetinin Xarici əlaqələr üzrə prorektoru, Prof. Adam Gadomski və “Kənd təsərrüfatı və biotexnologiya” fakültəsinin Təhsil və tələbələrin işləri üzrə dekan müavini PhD, Roman Rolbiecki ilə Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsində işgüzar görüş keçirildi.

Qonaqlara  universitetin fəaliyyəti, struktur və tədris proqramları barədə ətraflı məlumat verildi, BMU-in Polşa Universitetləri ilə əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edildi. Görüş zamanı iki universitet arasında beynəlxalq əlaqələrin inkişaf etdiriməsi və ortaq layihələrin hazırlanması, mövcud proqram və layihələr, Universitetdə hazırlanan yeni Erasmus+ və HORİZON 2020 layihələri barədə müzakirələr aparıldı.   

Məhsuldar keçən görüş və müzakirələr qonaqlar əməkdaşlıq müqaviləsinin hazırlanması və yaxın aylarda bu mövzuda ayrıca görüşmək imkanları barədə də məlumat verdilər.

Sonra Xarici əlaqələr üzrə prorektorluğun əməkdaşları qonaqları yeni təşkil olunmuş “Memarlıq və İnşaat” kafedrası, laboratoriyası, tələbələrin dərs prosesi ilə tanış etdilər. Sözügedən kafedranın müdiri prof. Sabir Orucov qonaqlara yeni qurulmuş kafedranın fəaliyyətindən, dərs prosesinin təşkilindən, gələckdə görəcəkləri proqram və layihələrdən, həmçinin memarlıq və inşaat sahəsində ortaq beynəlxalq elmi-tədqiqat layihələrin hazırlanmasında maraqlı olduğunu bildirdi.

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edildi, xatirə şəkli çəkildi.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020