PAWER layihəsinin növbəti təlimləri London şəhərində keçirildi PAWER layihəsinin növbəti təlimləri London şəhərində keçirildi

, baxılıb - 308 dəfə

 

   Bakı Mühəndislik Universitetinin də tərəfdaş olduğu PAWERlayihəsi çərçivəsində növbəti təlimlər Böyük Britaniyanın Londonşəhərində keçirildi.

   Azərbaycan ilə birgə  Böyük Britaniya, İtaliya, Polşa, Bolqarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Tacikistan, Monqolustan, Gürcüstan universitetlərinin  nümayəndələrinin də iştirak etdiyi təlimlərMiddlesex Universitetində təşkil olunmuşdu.

 5 gün davam edən təlimlərdə layihə ilə əlaqədar aşağıdakı mövzular müzakirə olundu:

  •  Boloniya qiymətləndirmə sistemi. Proqramların beynəlxalq səviyyədə keyfiyyəti və tanınması;
  •  Avropa kredit transferi və yığımı sistemi. ECTS qiymətləndirmə sistemi, hər saata düşən kredit;
  •  Mobillik razılaşmaları. Tələbələrə dəstək verilməsi, mobillik siyasəti, daşınması və sənədləşmələr üçün dəstək;
  •  Əməkdaşların və tələbələrin mübadiləsi.

   Qeyd edək ki,  PAWER layihəsi, kredit ayırma və qiymətləndirmə sistemini uyğunlaşdıraraq, AB və tərəfdaş ölkələr arasında mübadiləni yaymağı və dəstəkləməyi hədəfləyir.  

   Təlim, həmçinin, mübadilə sahəsində seminarlar və bacarıqların artırılması ilə layihə məlumatlarının yayılmasına davam edəcək olan milli təlimçiləri hazırlamağı nəzərdə tutur.

   Tədbirdə Bakı Mühəndislik Universitetini, Xarici Əlaqələr və Layihələrin idarə olunması şöbəsinin müdiri, layihə üzrə koordinator Sevil İmanova təmsil edirdi.

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020