P&G şirkətinin Təcrübə proqramı haqqında seminar P&G şirkətinin Təcrübə proqramı haqqında seminar

, baxılıb - 396 dəfə

Universitetin Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin təşkil etdiyi görüşdə İqtisadiyyat və İdarəetmə fakültəsinin 2019-cu ildə məzun olacaq Bakalavr (3-cü kurs) tələbələr iştirak edib.

Təcrübə proqramı barədə məlumat verən P&G şirkətinin nümayəndəsi Sevinc Boqatireva bildirdi ki, 2019-cu ildə təhsil müddəti bitən hər bir tələbə bu proqramda iştirak edə bilər. Proqrama müraciət etmək üçün tələbələr 5 mərhələni keçməlidirlər. İlkin mərhələdə onlayn müraciət forması doldurulur, 2-ci mərhələdə müraciət edən namizədlərin proqrama uyğunluğu yoxlanılır, 3-cü mərhələdə tələbələr onlayn məntiq imtahanı verirlər, onlayn imtahandan keçən namizədlər 4-cü mərhələdə intervyu mərhələsinə çağrılaraq yenidən imtahan və müsahibə mərhələlərindən keçməli olacaqlar, 5-ci mərhələyə keçmiş namizədlərə artıq təcrübə proqramında iştirak etmək təklifi ediləcək. Seçilmiş tələbələr iyul ayından okytabr ayına qədər müddətdə proqramda tam iş günü olmaqla iştirak edəcəklər. Onlar da digər işçilərin hüquqlarına və məsuliyyətinə tabe tutulacaqlar. Həmçinin tələbənin bilik və bacarıqlarına görə təcrübə müddətinin uzadılabiəcəyi də qeyd edildi. Əməkdaşlar çıxışında proqrama müraciət etmə və qeydiyyatdan keçmə şərtlərini izah edərək və sualları cavablandırdılar.

Görüşdə keçən il bu proqrama seçilən və hələ də  P&G şirkətində təcrübəyə yarım-ştat olaraq davam edən Nicat Behbudov proqrama necə qoşulduğu və nə qazandığı barədə tələbələrə motivasiya xarakterli məlumat verib.

Təcrübə proqramının şirkətin Maliyyə, Satış və Marketinq departamentlərində olacağı planlaşdırılır. Bu proqrama Bakı Mühəndislik Universitetindən 2019-cu ildə magistr və ya bakalavr dərəcəsindən məzun olacaq, ingilis dilində yazılı və danışıq dilini bilən, güclü liderlik, analitik düşüncə, yenilik və ünsiyyət bacarıqlarına sahib olan bütün ixtisasların tələbələri müraciət edə bilər.”

Proqrama son müraciət tarixi 03.01.2017

Aşağıda qeyd edilən linkə daxil olaraq proqrama onlayn müraciət edə bilərsiniz.

https://pg.taleo.net/careersection/10000/jobdetail.ftl?job=EUR00000739&iniurl.sns_id=mailto&

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017