Gənc müəllimiz Türkiyədə doktorantura təhsilini müvəffəqiyyətlə başa vurmuşdur Gənc müəllimiz Türkiyədə doktorantura təhsilini müvəffəqiyyətlə başa vurmuşdur

, baxılıb - 1011 dəfə

 

    16 iyul 2018-ci il tarixində Türkiyə Cumhuriyətinin Atatürk Universitetində Bakı Mühəndislik Universiteti, İqtisadiyyat kafedrasının müəllimi Fərid Cəbiyevin doktorantura elmi işinin müdafiəsi keçirilmişdir. İqtisadi siyasət ixtisası üzrə təhsil alan Fərid Cəbiyev “Mundell-Fleming modeli çərçivəsindəki Trilemma Hipotezinin Azərbaycan iqtisadiyyatı üzərinə test edilməsi” mövzusunda çıxış edərək elmi işini müvəffəqiyyətlə müdafiə etmişdir. Fərqli universitetlərin professor-müəllim heyətindən formalaşan müdafiə şurası müəllimimizi iqtisadiyyat elmləri üzrə fəlsəfə doktoru (Ph.D) elmi dərəcəsinə layiq görmüşdür. Müəllimimizi təbrik edir və ona gələcək işlərində müvəffəqiyyətlər arzu edirik.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020