BMU-da növbəti seminar keçirilib BMU-da növbəti seminar keçirilib

, baxılıb - 874 dəfə

     Bakı Mühəndislik Universitetində AMEA və ali təhsil müəssisələrinin əməkdaşlığı çərçivəsində AMEA-nın həqiqi üzvü, folklorşünaslıq sahəsində tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru Muxtar İmanovla görüş keçirilib. Universitetin Azərbaycan dili və ədəbiyyatı kafedrasının təşkil etdiyi seminarda kafedra əməkdaşları və tələbələr ilə yanaşı AMEA-nın Folklor İnstitutunun əməkdaşları da iştirak edib.

    BMU–nun prorektoru Bayram Hüseynzadə  seminar iştirakçılarını salamlayıb və qonaqlara dəyərli vaxtını ayırıb universitetə gəldikləri üçün təşəkkürünü bildirib.

   Seminarda filologiya elmləri doktoru Muxtar İmanov “Xalq gülüşü” adlı mövzusunda çıxış edərək, xalq gülüşü ilə ədəbi gülüşün fərqləri, mübahisəli tərəfləri barədə danışıb və nümunələr göstərib. Qeyd edib ki, gülüş xeyir və şər üçün güc mənbəyidir.

   Seminarın sonunda iştirakçılarla fikir mübadiləsi aparan Muxtar İmanov  və  ona ünvanlanan sualları cavablandırıb. 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020