NASA –da işləmiş həmyerlimiz BMU-da NASA –da işləmiş həmyerlimiz BMU-da

, baxılıb - 144 dəfə

 

Bakı Mühəndislik Universitetində intellektli nəqliyyat vasitələri üzrə mühəndis Teymur Sadıxovla görüş keçirilib. Görüşdə BMU-nunmüəllim və tələbələri ilə yanaşı digər ali təhsil müəssisələrinin də tələbələri iştirakedib. O, süni intellekt və özünü idarə edən maşınlar barədə seminar verib.

  Seminarda Teymur Sadıxovtəhsil və iş həyatı barədə məlumat verərək bildirib ki, “Bakıda A.Abdullayev adına 211 saylı orta məktəbi bitirmişəm. Bakalavr dərəcəsini 2008-ci ildə İstanbul Texniki Universitetində Aviasiya mühəndisliyi üzrə almışam”. Teymur Sadıxov onu da qeyd edib ki, universitetin tarixində 4.0 ortalama balla universiteti bitirən yeganə tələbə olub. O, həmçinin bakalavr təhsili müddətində bir sıra mükafatlara layiq görülüb. Daha sonra Teymur Sadıxov Kaliforniya Universitetində təaqüdlə Mexanika mühəndisliyi üzrə magistr dərəcəsini alıb. 2015-ci ildə Corciya Texnologiya İnstitutunda (Georgia Institute of Technology) riyaziyyat üzrə magistr və aviakosmik mühəndisliyi üzrə Ph.D. dərəcələrinə yiyələnmiş, Ph.D. işi ABŞ Hava Qüvvələrinin Elmi-Tədqiqat İdarəsi və NASA Drayden Aviasiya Elmi-Tədqiqat Mərkəzi tərəfindən dəstəklənmişdir. 2014-2015-ci illərdə NASA Reaktiv Laboratoriyasında (NASA's Jet Propulsion Laboratory) Robot Sistemlərinin Qiymətləndirilməsi və İdarəedilməsi üzrə qrupda tədqiqatçı olaraq avtomatik yer nəqliyyat vasitələrinin lokallaşdırılması və çox istiqamətli hərəkət trayektoriyasının proqramlaşdırılması üzərində çalışmışdır. Teymur Sadıxov bildirib ki, “İş həyatına isə bakalavr olaraq aviasiyadan başlamışam. Amma ən son işlədiyim işlər, xüsusilə vertolyotların idarə olunmasından sonra işlədiyim işlər daha çox yer üzərində idarə edilən robotlar haqqında olub. Məsələn, NASA-dakı işim Amerika Donanması ilə birlikdə idi və orada gördüyümüz iş onsuz da əsasən aerokosmosla əlaqəsi olmayan bir iş idi. Amerika Donanmasının Yer üzərində hərəkət edən Hammer tərzli cihazlarının robotlaşdırılması ilə məşğul idim. Bu, daimi layihə olmadığı üçün və sadəcə donanmanın qrantları ilə çalışdığı üçün mən qərar verdim ki, Mercedes üçün bu çox daha vacibdir və insanların həyatını xilas etmək daha mühüm işdir. Ona görə Mercedesdə işləməyə başladım. Çünki, hər il yalnız Amerikada avtomobil qəzası nəticəsində 30 min adam ölür. Biz bunları tamamilə özü-özünə sürülən avtomobillər halına gətirsək və hətta insanları tamamilə avtomobil pilotluğundan, avtomobil sürməkdən çıxarsaq, mən əminəm ki, biz bu 30 min rəqəmini çox-çox azalda bilərik. Mən bu işə NASA-da başlamışdım, davam etdirmək istədim və hələlik avtomobil sahəsinə keçdim və eyni tədqiqatı edirəm”.

    Tələbələrin çoxsaylı suallarını da cavablandıran mühəndis hal-hazırda üzərində işlədiyi layihələrdən və rəqibləri ilə olan fərqliliklərdən də danışıb.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018