NASA–da işləmiş həmyerlimiz Bakı Mühəndislik Universitetinin tələbələri ilə görüşüb NASA–da işləmiş həmyerlimiz Bakı Mühəndislik Universitetinin tələbələri ilə görüşüb

, baxılıb - 112 dəfə

Xırdalan, 11 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

NASA –da işləmiş həmyerlimiz, intellektli nəqliyyat vasitələri üzrə mühəndis Teymur Sadıxov Bakı Mühəndislik Universitetinin (BMU) qonağı olub.

Universitetin müəllim və tələbələri ilə yanaşı, digər ali təhsil müəssisələrinin nümayəndələrinin də iştirak etdiyi tədbirdə qonaq süni intellekt və özünü idarə edən maşınlar barədə seminar keçirib.

AZƏRTAC xəbər verir ki, seminarda Teymur Sadıxov təhsili və iş həyatı barədə məlumat verib. O deyib: “Mən Bakıda A.Abdullayev adına 211 saylı orta məktəbi bitirmişəm. Bakalavr dərəcəsini 2008-ci ildə İstanbul Texniki Universitetində aviasiya mühəndisliyi üzrə almışam və universiteti ortalama 4.0 balla bitirən yeganə tələbə olmuşam. Həmçinin tələbəlik illərində bir sıra mükafatlara layiq görülmüşəm. Daha sonra Kaliforniya Universitetində təqaüdlə mexanika mühəndisliyi üzrə magistr dərəcəsi almışam. 2015-ci ildə Corciya Texnologiya İnstitutunda (Georgia Institute of Technology) riyaziyyat üzrə magistr, aviakosmik mühəndisliyi üzrə doktorluq dərəcələrinə yiyələnmişəm. Doktorluq işim ABŞ Hava Qüvvələrinin Elmi-Tədqiqat İdarəsi və NASA Drayden Aviasiya Elmi-Tədqiqat Mərkəzi tərəfindən dəstəklənib”.

2014-2015-ci illərdə NASA Reaktiv Laboratoriyasında (NASA's Jet Propulsion Laboratory) robot sistemlərinin qiymətləndirilməsi və idarəedilməsi üzrə qrupda tədqiqatçı olaraq avtomatik yer nəqliyyat vasitələrinin lokallaşdırılması və çoxistiqamətli hərəkət trayektoriyasının proqramlaşdırılması üzərində çalışdığını deyən qonaq bildirib ki, iş karyerasına bakalavr kimi aviasiyadan başlayıb. “Ən son işim daha çox yer üzərində idarə edilən robotlar haqqında olub. Məsələn, NASA-dakı işim Amerika Donanması ilə birlikdə idi. Orada gördüyümüz işin aerokosmosla əlaqəsi yox idi. Amerika Donanmasının Yer üzərində hərəkət edən Hammer tərzli cihazlarının robotlaşdırılması ilə məşğul idim. Bu, daimi layihə deyildi və əsasən donanmanın qrantları hesabına həyata keçirilirdi. Ona görə də “Mercedes”də işləməyə başladım. Çünki təkcə ABŞ-da hər il 30 min insan avtomobil qəzalarında həyatını itirir. Əgər biz maşınları tamamilə avtomatlaşdırsaq və insanları idarəetmədən uzaqlaşdırsaq, əminəm ki, bu rəqəmini xeyli azalda bilərik. Mən bu işə NASA-da başlamışdım, onu davam etdirmək istəyirdim. Ona görə avtomobil sahəsinə keçdim və burada da eyni tədqiqatı aparıram”, - deyə o bildirib.

Daha sonra tələbələrin sualları cavablandırılıb.

 

 
 
 
 
 
 
 
 
Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018