Metak MMC ilə əməkdaşlıq görüşü Metak MMC ilə əməkdaşlıq görüşü

, baxılıb - 798 dəfə

BMU Müəssisələrlə Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə departamentin direktoru dos.Təyyar Mustafayev, mütəxəssislər Gülçöhrə İbrahimova, Vasif Fərəcov ilə Metak MMC-nin Satış departamentinin direktoru Tural Xəlfəyev arasında Metak MMC-nin baş ofisində görüş keçirildi. Gənc olmasına baxmayaraq iş həyatında uğurlar qazanan Tural Xəlfəyev, müəssisənin istehsal imkanlarından və yeni inkişaf planlarından geniş söhbət açdı.Görüş zamanı son kurs tələbələrimizin şirkətə təcrübə keçməsi üçün imkanlar müzakirə olundu. Bundan əlavə, şirkət nümayəndələrinin universitetdə praktiki dərs keçmələri, təcrübə gəzintilərinin təşkili və universitet ilə şirkət arasında əlaqələrin inkişafı yolları müzakirə olunmuşdur. 

Onu da qeyd edək ki, şirkət öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olmuş, adı artıq bütün ölkədə nüfuz qazanmışdır. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və sair MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Bir yerli istehsalçı olaraq hal-hazırda METAK brendinin altında 2500-ə yaxın məhsul çeşidi bazardaki alıcılara təklif olunur. 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018