Magistrlarla görüş Magistrlarla görüş

, baxılıb - 1167 dəfə

      Bakı Mühəndislik Universitetində rektorun iştirakı ilə magistratura pilləsinə qəbul olmuş tələbələrlə görüş keçirilib. Tədbirdə tələbələri təbrik edən rektor, professor Havar Məmmədov bu ali məktəbi seçdikləri üçün onlara təşəkkürünü bildirib, təhsillərində və karyeralarında uğurlar arzulayıb. Ölkəmizdə və dünyada mühəndislik ixtisasına böyük tələbatın olduğunu qeyd edən H.Məmmədov, tələbələrə öz tövsiyələrini verib. Rektor, ölkə başçısı prezident İlham Əliyevin daima gənclərə qayğısından, dövlətimizin təhsil siyasətindən, tələbələr üçün hər cür şəraitin  yaradılmasından, universitetlə bağlı nəzərdə tutulmuş mühüm layihələrdən söz açıb. Rektor həmçinin, bu gün yeraltı sərvətlərimizin insan kapitalına çevrilməsi istiqamətində  ciddi işlərin getdiyini qeyd edib.    

   Sonra söz alan universitetin elmi işlər üzrə prorektoru dos. Elçin Süleymanov,  çıxışında ali təhsil sistemindəki yeniliklər və imkanlardan bəhs edib, eləcə də magistratura tələbələrinin universitetin elmi-mədəni tədbirlərdə aktiv iştirak etmələrini arzulayıb. Görüşdə Magistratura və Dokrorantura şöbəsinin müdiri dos. Rauf Məmmədov və şöbənin mütəxəssisi f.ü.f.d Ülkər Abdurəhmanova magistratura ilə əlaqəli normativ hüquqi sənədlərlə işləmə mexanizmlərini tələbələrə izah edib. Tədbirin sonunda tələbələri  maraqlandıran  suallar  cavablandırılıb.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020