BMU-da ABŞ səfirliyinin şöbə müdiri xanım Mişel Pitersenlə görüş keçirilib BMU-da ABŞ səfirliyinin şöbə müdiri xanım Mişel Pitersenlə görüş keçirilib

, baxılıb - 1021 dəfə

      Görüşdə universitetin rektoru professor Havar Məmmədov, Xarici Əlaqələr və layihələrin idarə olunması şöbəsinin əməkdaşları iştirak ediblər. Rektor qonaqlara universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, universitetdə mühəndislik, iqtisadiyyat və pedaqoji ixtisaslar üzrə mütəxəssislər hazırlanır. Əksər ixtisaslarda tədris ingilis dilində aparılır. Bu səbəbdəndir ki, tələbələrimiz beynəlxalq layihələrdə və olimpiadalarda iştirak edir və uğur qazanırlar.

     Mişel Pitersen ABŞ səfirliyinin ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirdiyi layihələrdən və görülən işlərdən danışaraq qeyd edib ki, Bakı Mühəndislik Universiteti Azərbaycanın ən qabaqcıl universitetlərindəndir. Hər zaman bu universitetlə əməkdaşlıq etməkdən məmnun olarıq.

          Görüşdə  BMU və ABŞ ali təhsil müəssisələri arasında əməkdaşlıq, həmçinin tələbə və müəllim  mübadiləsi kimi məsələlər müzakirə olunub.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020