Müasir texnologiyalı zavodların açılması universitetlərin məsuliyyətini artırır Müasir texnologiyalı zavodların açılması universitetlərin məsuliyyətini artırır

, baxılıb - 1480 dəfə

 

    Universitet–İş dünyası əlaqələrinə önəm verən Bakı Mühəndislik Universitetində daha bir görüş keçirilib. Bu gün Sumqayıt Texnologiyalar Parkı- Baş direktoru Emin Məmmədov , Peşəkar İnkişaf Mərkəzinin direktoru Abbas Abbasov,  Peşəkar İnkişaf Mərkəzinin direktor müavini Fərəc Əsədullayevi universitetin rektoru, professor Havar Məmmədov qəbul edib. Rektor şirkət nümayəndələrinə gənc universitetin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, müasir tələblərə uyğun mühəndislik ixtisasları açılıb, tədris müasir tələblərə və standartlara uyğun təşkil olunub. Möhtərəm Prezidentimiz İlham Əliyevn rəhbərliyi ilə ölkəmizdə gedən dinamik inkişaf , müasir texnologiyalarla təhciz olunmuş zavod və fabriklərin nəinki Bakıda eləcə də rayonlarda açılması universitetlərin məsuliyyətini daha da artırır.  Çünki, yeni açılan zavodların daha səmərəli fəaliyyəti üçün bilikli, müasir texnologiyaları  mənimsəyən kadrlar lazımdır. Bu kadrların hazırlanmasını da universitet və şirkətlərin əməkdaşlığı ilə yetişdirmək mümkündür. Bakı Mühəndislik Universitetinin gənc və savadlı kadr potensialı var. Bu auditoriyanı, nəzəri hissəni əhatə edir. Yüksək səviyyəli kadrlar nəzəriyyə ilə yanaşı təcrübəsi də olanlar hesab olunur. Universitetin tərkibində müasir laborotoriyalar quraşdırılıb, Texnoparkımız var, amma  tələbələrin istehsalatı canlı görmələri tamamilə fərqlidir. Həm də tələbələrin istehsalatı görmələri onların dərsə həvəsini daha da artırır. Yaxşı mütəxəsis olmaq üçün tələbələr arasında rəqabətə gətirib çıxarır. Bu universitetdə müəllim-tələbə münasibəti və tələbələrin dərsə yanaşmaları yüksək səviyyədədir. Bunun üçün də biz dövlət və özəl şirkətlərlə əməkdaşlığımızı inkişaf etdirməyə maraqlıyıq.

 

    Universitetin maddi-texniki bazası ilə tanış olduqlarını qeyd edən STP Baş direktoru Emin Məmmədov  səmimi qəbula görə təşəkkür edib. Təmsil etdiyi şirkətin tərkibində 14 zavodun fəaliyyət göstərdiyini qeyd edib.  Bildirib ki, istehsalat çox mürəkkəb sahədir. Çünki burada savadlı mühəndislərə çox ehtiyac var. Ümumiyyətlə dünyada gənclər mühəndisliyə meyilli olmurlar, əsasən iqtisadiyyat və humanitar sahələrdə təhsil almağı seçirlər. Azərbaycanda isə bu sahəyə olan dövlət dəstəyi gənclərin mühəndislik ixtisasını seçməsinə stimul olur. Çünki onlar düşünürlər ki, təhsillərini başa vurduqdan sonar işsiz qalmayacaqlar. Amma bu gün şirkətlər əsasən mütəxəssis baxımından əziyyət çəkirlər. Bizim şirkət bir çox layihələr həyata keçirir. Ancaq yerli mütəxəssis  olmadığından məcbur qalıb xaricdən dəvət edirik. Bu isə müvəqqətidir, çıxış yolu deyil. Hörmətli rektor  sizində dediyiniz kimi biz də çıxış yolunu universitetlə əməkdaşlıqda görürük. Bu gün burada gördüklərimiz bizim doğru istiqamət seçdiyimizi təsdiqlədi. Xüsusən Texnopark bizə çox maraqlı gəldi. Ümid edirəm ki, birlikdə bu problemin həlli istiqamətində uğurlu işlər görəcəyik.

    Qeyd edək ki, görüşü BMU-nun Müəssisələrlə Əlaqələr və Karyera Departamenti təşkil edib. Departamentin direktoru Təyyar Mustafayev, şöbənin əməkdaşları Vasif Fərəcov və Gülçöhrə İbrahimova  qonaqları universitetin maddi-texniki bazası ilə tanış edib.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017