Müəssisələrlə Əlaqələr və Karyera Departamenti işgüzar görüşləri davam etdirir Müəssisələrlə Əlaqələr və Karyera Departamenti işgüzar görüşləri davam etdirir

, baxılıb - 416 dəfə

Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin təşkilatçılığı ilə Sinteks Şirkətlər Qrupunun İnsan Resursları Departamentinin  nümayəndəsi ilə əməkdaşlıq çərçivəsində görüş keçirildi. Görüşdə tələbələrimizin şirkətdə istehsalat təcrübəsi keçməsi, təcrübə  proqramlarına cəlb edilməsi, tələbələrə istiqamətli yarım-ştat və tam-ştat iş imkanları haqqında və tələbə və məzunlarımıza istiqamətli şirkətdə olan vakansiyalar barədə ətraflı məlumat verildi.  Həmçinin şirkətin işçilərinə təlim və seminarların universitetimizin təcrübəli müəllimləri tərəfindən verilməsi təklif olundu. Görüşdə şirkətlə əməkdaşlığın qorunub saxlanılması və gələcəkdə də inkişaf etdirilməsi məqsədiylə əməktaşlıq müqaviləsinin bağlanması barədə geniş fikir mübadiləsi aparıldı.

Şirkət qrupu haqqında onu deyə bilərik ki, Bakıda 1996-ci ildə yaradılmış Sinteks Şirkətlər Qrupu indi Qafqaz və Mərkəzi Asiyada ən iri və uğurlu moda pərakəndə satış şirkətlərindən biridir.

Qrup artıq moda, zərgərlik və yemək-içki sahələrində fəaliyyət göstərən 80-dən çox mağazaya malikdir.

Alexander McQueen, Balenciaga, Bally, Burberry, Burberry Uşaqlar, Celio, Chloe, Corneliani, Diane Von Furstenberg, Diesel, Dolce & Gabbana; Dolce & Gabbana; Junior, Dsquared, Emilio Pucci, Emporio Armani, Ermenegildo Zegna, Escada, Etro, Fendi, Giorgio Armani, Givenchy, Gucci, Gucci Uşaqlar, Guess, Hugo Boss, ISAIA, Jimmy Choo, Kiton, Mango, Marc Jacobs, Marciano, Marina Rinaldi Marni, Max Mara, MAX & Co, New Yorker, Next, Pal Zileri, Ralph Lauren, Red Valentino, Roberto Cavalli, Salvatore Ferragamo, St John, Stella McCartney, Tory Burch, Valentino, Weekend Max Mara

SINTEKS ən populyar multi brendlərin təsisçisidir: Emporium, Emporium Man, Emporium Young Fashion, Scoop, Bisque, Premium Outlet, Albatros.

Zərgərlik markalarının portfelində Chaumet, Damiani, Sutra və digər məşhur markalar var.

Ərzaq və İçkilər seqmentini isə Fransanın qastronomi evi - Dalloyau, qəhvəxana şirkəti - Gloria Jean's Coffees təşkil edir.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2017