Müəllimlər günü münasibətilə bütün müəllimləri təbrik edirəm! Müəllimlər günü münasibətilə bütün müəllimləri təbrik edirəm!

, baxılıb - 101 dəfə

     Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Müəllimin məqsədi dövlət qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir.

    Beynəlxalq müəllimlər günü həyatını xalqının  işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirmiş, onlara böyük hörmətlə yanaşmışdır.
    Prezident İlham Əliyev ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirləri dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etmişdir. 
    Şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü  daşıyan və bu ada layiq olan bütün müəllimləri təbrik edirəm!
Bayramınız mübarək olsun!

                                                                                   Rektor  Professor  Havar Məmmədov

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018