Müəllim namizədlərimiz üçün yeni iş imkanları Müəllim namizədlərimiz üçün yeni iş imkanları

, baxılıb - 810 dəfə

Müəssisələrlə Əlaqələr və Karyera departamenti nümayəndələri ilə "Panda School” Məktəbəqədər hazırlıq bağçasının əməkdaşları arasında görüş keçirildi. Görüşdə əməkdaşlıq haqqında müzakirələr aparıldı. Hal-hazırda "Panda School”-da işləyən məzunlarımızdan çox razı qaldıqlarını qeyd etdilər və buna görə də Sumqayıt, Masazır, Xırdalanda və digər bölgələrdə olan şöbələrindəki vakant yerlər üçün son kurs və məzunlarımızı öz aralarında görmək istədiklərini bildirdilər. Müəssisələrlə Əlaqələr və Karyera departamentimiz məzun və son kurs tələbələrimiz arasından bir neçə namizəd seçərək "Panda School”-da karyerasını davam etdirmək üçün istiqamətləndirdi. Ümid edirik ki, yeni müəllim namizədlərimizdə iş həyatında uğurlar qazanacaqlar.

Qeyd edək ki, Panda School” 2013-cü ildən məktəbəqədər hazırlıq sahəsində fəaliyyət göstərir. Bağçada Azərbaycan və rus bölmələri üzrə məktəbəqədər hazırlıq proqramı tətbiq olunur. "Panda School” bağçasının məktəbəqədər hazırlıq proqramı peşəkar metodistlər tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Məktəbəqədər Hazırlıq müəssisələrinin nümunəvi nizamnaməsinə uyğun olaraq hazırlanıb.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018