Lyublyana Universitetindən bir qrup əməkdaş BMU–nin qonağı oldu Lyublyana Universitetindən bir qrup əməkdaş BMU–nin qonağı oldu

, baxılıb - 421 dəfə

 

  Əsası 1919-cu ildə qoyulan,  23 fakultəsi, 3 incəsənət akademiyası, 40 mindən çox bakalavr-magistr tələbəsi, 5000-dən çox əməkdaşı olan və eyni zamanda beynəlxalq programların fəal iştirakçısı  olan Lyublyana Univeristeti 46 ölkədən 198 univeristet ilə əməkdaşlıq edir. Bunlardan biri də Bakı Mühəndislik Universitetidir.
Bakı Mühəndislik Universiteti qurulduğu gündən etibarən Erasmus + proqramı vasitəsi ilə Avropanın bir neçə univeristeti ilə əməkdaşlıq edir. Bu çərçivədə Lyublyana Universiteti ilə də əməkdaşlıq edən Bakı Mühəndislik Universiteti ötən tədris ilində həmin universitetə 3 tələbə və iki əməkdaş göndərmişdir.

   Bu əlaqələrin daha da yaxşılaşdırılması və əməkdaşlıqların yeni mərhələsinin başladılması üçün   Lyublyana Universitetinin  Beynəlxalq Əlaqələr, Ümumi və Mühasibatlıq şöbəsi, Keyfiyyətə Nəzarət departamenti, Marketinq şöbəsinin rəhbərləri və Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşından ibarət bir qrup nümayəndə heyəti Bakı Mühəndislik Universitetinin qonağı oldu.

  Beynəlxalq Əlaqələr və Layihələrin idarə edilməsi şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə şöbənin müdiri Sevil İmanova qonaqları Universitetin maddı-texniki bazası, infrastrukturu ilə tanış etdi, onlara Univeristetin ərazısində yerləşən Texnopark barədə geniş məlumat verdi. O, öz çıxışında qeyd etdi ki, Bakı Mühəndislik Universiteti qurulduğu gündən Lyublyana Univeristeti ilə əməkdaşlıq edir. Həmçinin Lyublyana Universitetinin  Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, nümayəndə heyətinin rəhbəri Xanım Daniyela Voljk da öz növbəsində mübadilələrdən məmnunluq duyduğunu və  və münasibətlərin davam etməsi üçün növbəti proseslərin başladılmasına heç bi rəngəl olmadığını bildirdi.

   Görüşün sonunda qonaqlara Universitetlə bağlı hədiyyələr təqdim olundu.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020