Kolumbia Universitetinin professoru BMU-da seminar verəcək Kolumbia Universitetinin professoru BMU-da seminar verəcək

, baxılıb - 347 dəfə

  Dünya təhsil sisteminə inteqarsiya, eləcədə təhsildə yeni yanaşmaların tətbiqinə əhəmiyyət verən Bakı Mühəndislik Universiteti (BMU) növbəti seminara ev sahibliyi edəcək. Belə ki, martın 30-da “Təhsil və sosial mobillik” adlı seminar BMU-da keçiriləcək. Seminar ABŞ-da  (Nyu York şəhərində) fəaliyyət göstərən Kolumbia Universitetinin professoru və sosial elmlər üzrə elmi tədqiqatçısı Amra Sabic-El Rayess`in təqdimatında baş tutacaq. Seminar professor-müəllim heyəti və tələbələr üçün nəzərdə tutulub. 

   Amra Sabic-El Rayess siyasi-iqtisadi və sosial mövzularda tədqiqatlar aparır. Onun Hindistan və Çin kimi ölkələrdə peşəkar xidmətləri mövcuddur. Xanım El Rayessin tədqiqat maraqları və mövzuları çox müxtəlifdir. O, təhsilin iqtisadi inkişafa təsiri, qadınların iqtisadiyyata töhvəsi, qeyri-mühafizəkar qrupların formal və qeyri-formal təhsilə təsiri və sosial dəyərlərdəki dəyişiklikəri araşdırır.

  Amra Sabic-El Rayess ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi proqram çərçivəsində ölkəmizdədir. O, Bakı Mühəndislik Universiteti ilə yanaşı, ADA Universiteti və Bakı Dövlət Universitetində də mühazirələrlə çıxış edəcək. 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020