Kapital Bank ilə əməkdaşlıq Kapital Bank ilə əməkdaşlıq

, baxılıb - 564 dəfə

Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildən çox, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və təhsil müəssisələri ilə bir sıra proqramları həyata keçirir. Bu proqramlar çərçivəsində 28.11.2017 il tarixində Müəssisələrlə Əlaqələr və Karyera Departamenti direktoru dos.Təyyar Mustafayev, mütəxəssislər Gülçöhrə İbrahimova, Vasif Fərəcov Kapital Bankın İnsan Resursları Departamentinin direktoru Fərqanə Məmmədova və əməkdaşı Elçin Nəsibov arasında görüş keçirilmişdir. Görüş zaman bankda mövcud vakant yerlər, məzunlarımızın və tələbələrimizin bu vakant yerlərə cəlb edilməsi; Bakı Mühəndislik Universitetinin tələbərinin istehsalat təcrübəsi keçmələri üçün müvafiq proqramların hazırlanması; bankın mövcud vəziyyətinin universitetin təcrübəli mütəxəssisləri tərəfindən təhlili və qiymətləndirilməsi və ehtiyac olarsa ehtiyac işçilərə təyin olunmuş sahələr üzrə müvafiq mövzular üzrə təlim, kurs, məsləhət və təkmilləşdirmə xidmətlərinin təklif edilməsi; bank sektorunda olan aktual problemlərin həllində rol oynaya biləcək birgə layihələr həyata keçirilməsi; universitetdə müasir tədris texnologiyaları üzrə ekspert-məsləhət xidmətləri göstərmək məqsədi ilə bankın aparıcı mütəxəssisləri tərəfindən müxtəlif sahələrdə müvafiq dərslərin verilməsi (master-klass şəklində); tədqiqat-araşdırma, kurs və buraxılış işlərinin, magistrantların dissertasiya mövzularının praktiki hissəsinin araşdırılması üçün tələbələrə köməklik göstərməsi; gələcəkdə müvafiq fəaliyyət sahələri üzrə bank ilə ortaq layihə əsasında ixtisasların açılması; bankın təcrübələrinin universitetdə istifadəsi, universitet müəllimlərinin və tələbələrinin bankın fəaliyyətinə cəlb edilməsi, ölkənin bank sektorunun elmi-tədris işlərinə cəlb edilməsi məqsədi ilə şirkət ilə qarşılıqdı əməkdaşlıq müqavilələrin bağlanması təklifi.

Əməkdaşlıq üçün qeyd olunan səmərəli təkliflərə, tələbələrimizə göstərdikləri diqqət və qayğıya görə “Kapital Bank” ASC-nin rəhbərliyinə öz təşəkkürümüzü bildiririk. Görüşün sonunda xatirə şəkili çəkildi.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017