“Universitetdə miqrasiya təhsilinin təşviqi” məlumatlandırma günü “Universitetdə miqrasiya təhsilinin təşviqi” məlumatlandırma günü

, baxılıb - 1181 dəfə

Bakı Mühəndislik Universitetinin də əməkdaşlıq etdiyi PROMİG(Universitetdə miqrasiya təhsilinin təşviqi)  layihəsinin məlumatlandırma günü 19 oktyabr tarixində Xəzər Universitetində keçirildi.

Universitetin İqtisadiyyat və menecment fakültəsinin və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Miqrasiya və Davamlı İnkişaf” mövzusunda keçirilən konfransda  Xəzər Universiteti və Bakı Mühəndislik Universitetinin müəllim və tələbələri, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin mütəxəssisləri təqdimatlarla çıxış etdi, miqrasiya sahəsində apardıqları tədqiqatların nəticələri ilə iştirakçıları tanış etdilər.

Tədbirin məqsədi: layihədə həyata keçirilmiş işlərin geniş ictimaiyyətə çatdırılması idi. Konfransda eyni zamanda Xəzər Universitetinin əməkdaşlıq etdiyi digər layihələr barədə də məlumat verildi.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020