BMU-da "I Beynəlxalq Elm və Texnologiya" konfransı keçirilir BMU-da "I Beynəlxalq Elm və Texnologiya" konfransı keçirilir

, baxılıb - 872 dəfə

      Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə “I Beynəlxalq Elm və Texnologiya” konfransı öz işinə başlayıb. Konfransda Azərbaycan və dünyanın bir sıra dövlətlərinin ali təhsil müəssisələrindən elm adamları və mütəxəssislər iştirak edib. Konfransın açılış mərasimində BMU-nun rektoru, professor Havar Məmmədov çıxış edərək konfrans iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Bildirib ki, dünyanın müasir inkişaf səviyyəsinə çatmasında mühəndislik ixtisaslarının rolu danılmazdır. Bakı Mühəndislik Universiteti haqqında konfrans iştirakçılarına ətraflı məlumat verən rektor, universitetdə 17 mühəndislik ixtisası üzrə kadr hazırlığının həyata keçirildiyini qeyd edib. Gənc universitetin 2018-2019–cu tədris ilinin başlamasından az vaxt keçsə də 3-cü beynəlxalq konfransın keçirildiyini konfrans iştirakçılarının diqqətinə çatdıran rektor, konfransların ali təhsil müəssisələrində elmi mühitin formalaşmasında və yüksək ixtisaslı kadr hazırlığındakı rolundan danışıb.
     Konfransın plenar iclasında isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Vaqif Abbasov, ABŞ Florida Atlantik Universitetinin professoru İsaak Elishakoff, professor Natalya D. Vaysfel’d, professor Natiq Əhmədov məruzə ilə çıxış ediblər.
       Konfransın işi plenar və seksiya iclaslarında azərbaycan, ingilis və rus dillərində davam edib. Qeyd edək ki, beynəlxalq elmi-praktiki konfrans ali məktəb elmi işçilərini və müəllimlərini, mühəndis və texniki elmlər sahəsində mütəxəssisləri, doktorantları, aspirantları öz elmi-praktiki işlərinin nəticələrini bölüşmək və müzakirə etmək məqsədi ilə təşkil edilib.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020