Gilan Tələbə Təkmilləşdirmə Proqramına Start Verdi Gilan Tələbə Təkmilləşdirmə Proqramına Start Verdi

, baxılıb - 1203 dəfə

Hörmətli tələbələr!

Sizi “Gilan Holding”-in start verdiyi Gilan Tələbə Təkmilləşdirmə Proqramında iştirak etməyə dəvət edirik.

Step adlı layihə çərçivəsində siz “Gilan Holding”-in yüksək vəzifəli əməkdaşları tərəfindən keçirilən təlimlərdə, müxtəlif zavod və müəssisələrə ekskursiyalarda, praktiki tapşırıq və məsələlərin həllində, təqdimatların keçirilməsində iştirak edəcəksiz. Beləliklə, gənclər təcrübəli menecerlərlə ünsiyyət, real iş mühitinin mənimsənilməsi, biznes etikasının öyrənilməsi imkanlarını qazanacaqlar.

Proqramın bütün məzunları sertifikatlarla təltif ediləcəklər.

Proqrama ortalama balı 80%-dən yüksək olan 3-4-cü kurs tələbələri bakalaviriat və magistratura tələbələri qəbul oluna bilərlər.

Proqramda iştirak etmək istəyən tələbələr 10.05.2018 tarixinə qədər tələbə biletlərinin sürəti ilə birgə Müəssisələrlə Əlaqələr departamentinə (Rektorluq Binası / 118,120-ci otaq) müraciət etməlidirlər.

Proqramda iştirak tamamilə ödənişsizdir.

Proqram həftə içi beş gün saat 09:00-dan 18:00-dək keçirilməklə bir ay davam edəcəkdir.

Layihənin əsas məqsədi təhsil sektorunun və biznesin qarşılıqlı əlaqələrinin inkişafina töhfə verməkdən və Gilan Holding-in struktur bölmələri üçün gənc kadr ehtiyatını hazırlamaqdan ibarətdir.

Layihənin əhatə dairəsi: “Gilan Holding”-in Baş ofis, Portfel və Biznes Vahidləri daxilində müxtəlif fəaliyyət sahələri:

  1. İnsan Resurslarının İdarə Edilməsi
  2. Maliyyə
  3. Marketinq & Satış
  4. Təchizat zəncirinin idarə edilməsi
  5. İnformasiya Texnologiyaları və proqramlaşdırma
  6. Mühəndislik
  7. Kənd təsərrüfatı
  8. Turizm

Nəzərinizə çatdıraq ki, “Gilan Holding” gənclərin işlə təmin olunması üçün atılan addımları daim dəstəkləyir və bu işlərdə öz töhfəsini verməyə çalışır.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018