Gənc mühəndislər “Azərkosmos” ASC-də Gənc mühəndislər “Azərkosmos” ASC-də

, baxılıb - 581 dəfə

Müəssisələrlə Əlaqələr və Karyera departamenti müntəzəm olaraq universitetimizin tələbələrinin günlük təcrübə gəzintilərini təşkil edir. Növbəti gəzinti 13.12.2017 tarixində “Azərkosmos” ASC-də universitetimizin Astro kulubunun üzvləri ilə baş tutdu.

Onu da qeyd edək ki, “Azərkosmos” ASC Azərbaycan hökuməti tərəfindən 3 may 2010-cu il tarixində yaradılmışdır, Qafqazda ilk peyk operatorudur. 8 fevral 2013-cü il tarixində orbitə buraxılmış “Azərspace-1” peyki vasitəsilə şirkət öz müştərilərinə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, DTH (Direct-to-Home), səs, video və informasiyaların ötürülməsi xidmətlərini təqdim edir.

Şirkətə daxil olan tələbələrimizi “Azərkosmos” ASC-nin gülərüz personalı qarşılayaraq ilk öncə onları inzibati binayla tanış etdilər. Daha sonra şirkətin fəaliyyət sahələri haqqında ətraflı məlumat verildi və tələbələri maraqlandıran bütün suallar şirkətinin əməkdaşları tərəifindən cavablandırdı.

Sonda “Azərkosmos” ASC rəhbərliyi başda olmaqla bütün əməkdaşlarına Bakı Mühəndislik Universitetinin rəhbərliyi adından öz təşəkkürümüzü bildirir və “Azərkosmos” ASC ilə əməkdaşlığımızın daha da inkişaf edəcəyinə ümid edirik.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018