Gənc müəllimlər klubunun yekun tədbiri keçirib Gənc müəllimlər klubunun yekun tədbiri keçirib

, baxılıb - 215 dəfə

 

   Bakı Mühəndislik Universitetində tələbələr yüksək təhsil almaqla yanaşı sosial fəaliyyətlərlə də məşğul olurlar. Tələbələr bu fəaliyyətlərini universitetdə ictimai təşkilatlarda və tələbə klublarında həyata keçirirlər. Universitetdə fəaliyyət göstərən klublardan biri də “Gənc müəllimlər” klubudur. Əsasən pedaqoji fakültənin tələbələrindən ibarət olan klub il ərzində bir neçə tədbir və layihə reallaşdırmışlar. Bu layihələrdən biri “Erkən təcrübə” adlanır. Layihə çərçivəsində I və II kurs tələbələri Bakı və Abşeron məktəblərində erkən təcrübədə olmuş, müəllimlik peşəsinin sirlərini öyrənmiş və şagirdlərə ev tapşırığının hazırlanmasında köməklik göstəriblər.

      BMU-nun Pedaqoji fakültəsinin dekanı İslam Hüseynov tədbirdə iştirak edərək “Gənc müəllimlər” klubunun fəaliyyətini yüksək qiymətləndirmiş və onları fəxri fərmanla təbrik edib.

   Universitet müəllim və tələbə heyəti ilə yanaşı Bakı və Abşeron məktəblilərinin də iştirak etdiyi tədbirdə “Müasir psixologiya mərkəzi”nin nümayəndəsi Aidə Nəbiyeva və universitetin baş müəllimi Bəhman Məmmədov maraqlı təqdimatla çıxış ediblər.

   Sonda tələbələr ölkəmizin gələcəyi naminə müəllimlik peşəsini layiqli yerinə yetirəcəkləri ilə bağlı and içiblər.

 

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018