Gələcəyin mühəndisləri “Ulduz” şokolad fabrikində Gələcəyin mühəndisləri “Ulduz” şokolad fabrikində

, baxılıb - 236 dəfə

Müəssisələrlə Əlaqələr və Karyera departamenti müntəzəm olaraq  universitetimizin tələbələrinə günlük təcrübə gəzintiləri təşkil edir. Bu istiqamətdə 05.10.2018 tarixində  Mühəndislik fakültəsinin tələbələrinin “Ulduz” şokolad fabrikinə gəzintisi təşkil olundu.

Tələbələrimizi "Ulduz" şokalad fabrikinin gülərüz personalı qarşıladı şirkətin tarixi və istehsalat prosesi haqqında ətraflı məlumat verdilər. Daha sonra tələbələrimiz istehsalat gedən fabrikə daxil olaraq orda gedən prosesləri yaxından izlədilər, onlarda  yaranmış suallar haqqında fabrikin təcrübəli muhəndislərindən ətraflı məlumat aldılar. Tələbələr dərslərdə dinlədikləri nəzəriyyənin istehsalatda necə tətbiq olunduğunun əyani olaraq şahidi oldular.

Onu da qeyd edək ki, "Ulduz" fabriki yerli bazarla yanaşı Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da şokolad markaları olan "Ritm", "Rocky", "Tango", "Xonça", “Seasons”, “Sema”, “Wedding” və bir sıra digər məhsulların müxtəlif çeşidləri ilə böyük nüfuz qazanıb.

Tələbələrimizə göstərdiklərə isti münasibətə və yaratdıqları şəraitə görə “Veysəloğlu Qrup” MMC-nin rəhbərliyi başda olmaqla bütün əməkdaşlarına Bakı Mühəndislik Universitetinin rəhbərliyi adından öz təşəkkürümüzü bildirir və şirkətlə əməkdaşlığımızın daha da inkişaf edəcəyinə ümid edirik.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018